Şuşa-Xankəndi yolunda "Toyota" dərəyə aşıb

25 İyul 2026 03:32 (UTC+04:00)

Şuşa-Xankəndi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan "Toyota Prius" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü və bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Mətləb