Tramp dinc durmur - Avropalıları yeni sanksiyalarla hədələdi

25 İyul 2026 04:06 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Amerika texnologiya şirkətlərinə tətbiq edilən böyük cərimələrdən sonra Vaşinqtonun Avropa İttifaqının (Aİ) siyasəti ilə bağlı araşdırmaya başlayacağını bildirib və Brüsseli yeni rüsumlarla hədələyib. Bu barədə paylaşım Amerika liderinin "Truth Social" səhifəsində yerləşdirilib.

Trampın sözlərinə görə, Aİ əsassız olaraq "Apple"ı 15, "Meta"nı 3, "Amazon"u 2,5, "Google"u isə 1 milyard dollar cərimələyib. Amerika liderinin iddiasına görə, "Google"a tətbiq edilən cərimələrin ümumi məbləği 18 milyard dolları keçib. Ağ Ev rəhbəri Aİ-nin hərəkətlərini "qanunsuz və son dərəcə ayrı-seçkilik xarakterli təcrübə" adlandırıb.

"Biz Amerika şirkətlərinin və öz növbəsində, Amerika vergi ödəyicilərinin "soyğunçuluq" təcrübəsi ilə bağlı 301-ci maddəyə uyğun olaraq dərhal araşdırmaya başlayacağıq. Avropa İttifaqı bu qanunsuz və son dərəcə qeyri-etik davranışın nəticəsi ağır olacaq", - Tramp vurğulayıb.

Mətləb