Hitlerin doğulduğu evi polis idarəsinə çevirdilər...

25 İyul 2026 03:05 (UTC+04:00)

Avstriyanın Braunau-am-İnn şəhərində Adolf Hitlerin doğulduğu evdə polis bölməsi fəaliyyətə başlayıb. "Reuters" agentliyinin xəbərində deyilir ki, Avstriya hakimiyyəti binanın neonasistlərin ziyarət məkanına çevrilməsinin qarşısını almaq məqsədilə onu polisə təhvil verib.

Məlumata görə, dövlət evi 2017-ci ildə uzun sürən mübahisələrdən sonra məcburi qaydada əvvəlki sahibindən alıb. Binada əvvəllər əlillərə yardım göstərən xeyriyyə təşkilatı fəaliyyət göstərirdi. 2019-cu ildə isə onun yenidən qurularaq polis bölməsinə çevrilməsi qərara alınıb. Binanın qarşısında Mauthauzen həbs düşərgəsindən gətirilmiş və üzərində "Faşizm – bir daha əsla" sözləri yazılmış xatirə daşı saxlanılıb. Abidədə Hitlerin adı qeyd olunmayıb.

Mətləb