Avropa diplomatiyasının rəhbəri Kaya Kallas öz "X" sosial şəbəkə hesabında Rusiya ilə bağlı paylaşım edib.
Onun sözlərinə görə, Rusiyanın Kiyevə və Ukraynanın digər regionlarına endirdiyi zərbələr dinc əhali arasında itkilərə təsadüfən yox, qəsdən səbəb olur:
SİTAT: "Latviyanın Slavyanskdakı fəxri konsulluğuna endirilən zərbə Moskvanın beynəlxalq hüquqa məhəl qoymadığını vurğulayır. Latviyaya dəstəyimiz tamdır. Bugünkü zərbələrə cavab olaraq biz Rusiyanın Aİ-dəki səfirini çağıracağıq və mən siyahılara Rusiya hərbi-sənaye kompleksinə qarşı yönəlmiş yeni tədbirlərin daxil edilməsini təklif edəcəyəm".
Mətləb