Moldovanın Milli Antikorrupsiya Mərkəzi Prezident Maya Sandunun xalası qızı Anastasiya Taburçanunun qanunsuz işə qəbul edilməsi iddiası ilə bağlı cinayət işi açıb. SIA TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova Milli Partiyasının lideri Draqoş Qalbur məlumat verib.
Sitat: "Mən Anastasiya Taburçanu ilə bağlı təqdim etdiyim şikayətə dair Milli Antikorrupsiya Mərkəzindən elektron məktub almışam. Məktubda bildirilir ki, qanunsuz işə qəbul faktı üzrə ona qarşı cinayət işi açılıb", - deyə Qalbur özünün "Telegram" kanalında yazıb.
Mətləb