İspaniyalı mütəxəssis Xosep Qvardiola barədə yeni iddia səslənib. Xarici KİV-lərin iddiasına görə, tanınmış mütəxəssis İtaliya millisinin baş məşqçisi olmaq təklifini qəbul etməyib.
Sən demə, İtaliya Futbol Federasiyası son günlər 55 yaşlı çalışdırıcını yığmanın sükanı arxasına gətirmək üçün danışıqlar aparsa da, tərəflər arasında razılıq əldə olunmayıb.
Hətta məşhur insayder Fabritsio Romanonun öz sosial şəbəkə hesabında yaydığı məlumata görə, Qvardiola təklifi rədd edib.
Onun yazdığına görə, X. Qvardiola hazırda yeni layihəyə başlamaq niyyətində deyil.
Mətləb