Pakistanda dəhşətli TERROR - 15 nəfər ölüb

24 İyul 2026 22:02 (UTC+04:00)

Pakistanın Xayber-Paxtunxva əyalətinin Tank şəhərində törədilmiş partlayış nəticəsində 15 təhlükəsizlik əməkdaşı həlak olub.

SİA xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, "Təhrik-i-Taliban Pakistan" qruplaşmasının yaraqlıları blokposta hücuma cəhd ediblər, lakin onların bu niyyəti baş tutmayıb. Tərəflər arasında atışma zamanı 12 yaraqlı öldürülüb.

Mətləb