SOCAR-ın Müşahidə Şurasının növbəti iclası baş tutub

24 İyul 2026 20:19 (UTC+04:00)

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, qurumdan verilən məlumata görə, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2025-ci il üzrə audit olunmuş maliyyə hesabatları əsasında fəaliyyət nəticələri müzakirə olunub.

İclasda, həmçinin SOCAR-ın borc öhdəliklərinin 2026-cı ildə idarə olunmasına və gündəlikdə duran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.