Azərbaycan Mərkəzi Bankı (AMB) və "Visa" beynəlxalq kart təşkilatı arasında ödənişlərin qəbulu ilə bağlı xərclərin optimallaşdırılması müzakirə edilib.
SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədr müavini Vüsal Xəlilov "Visa"nın MDB və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionu üzrə yeni təyin olunmuş baş vitse-prezidenti və ölkə meneceri Sergiy Martinçuk ilə görüşüb.
Görüşdə ölkədə rəqəmsal ödəniş infrastrukturunun daha da genişləndirilməsi, ödənişlərin qəbulu ilə bağlı xərclərin optimallaşdırılması, sektorda dələduzluqla mübarizə və risklərin idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub, həmçinin rəqəmsal ödənişlərin təhlükəsizliyinin və səmərəliliyinin daha da artırılması istiqamətində perspektivdə olan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.