DSMF: 6 ayda 75 minə yaxın şəxsə proaktiv qaydada müavinət və təqaüd təyin edilib

24 İyul 2026 10:28 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında 74 518 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

Bu barədə SİA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, onların 52,6 %-ni kişilər, 47,4 %-ni isə qadınlar təşkil edib.