Bu gün Naxçıvanın bəzi ərazilərində qaz olmayacaq- XƏBƏRDARLIQ

24 İyul 2026 04:06 (UTC+04:00)

Naxçıvanın bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar 24 iyul saat 14:10-dan işlər başa çatanadək Naxçıvan şəhərinin Atabəylər və Əlincə məhəllələrinin, eləcə də Əliqulu Qəmküsar küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qaz təchizatının təmir-quraşdırma işləri yekunlaşdıqdan sonra bərpa ediləcəyi bildirilib.

Mətləb