Bakının 2 rayonunda qaz OLMAYACAQ

24 İyul 2026 02:21 (UTC+04:00)

İyulun 24-də Bakının Xəzər və Sabunçu rayonlarına aid bir sıra ərazilərdə qaz verilməsində müvəqqəti fasilə gözlənilir. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Qeyd olunub ki, fasilənin səbəbi həmin ərazilərdə təmir-quraşdırma işlərinin həyata keçirilməsidir.

Məlumata görə, saat 10:00-dan etibarən işlər yekunlaşanadək Xəzər rayonunun Buzovna qəsəbəsi, Albalılıq və Atçılıq yaşayış massivləri, eləcə də Sabunçu rayonunun Zabrat qəsəbəsi, Oktyabr, R.Axundov və L.Məmmədbəyova küçələrində qaz təchizatında qısamüddətli fasilə olacaq.

Mətləb