Media: İranı dənizdə dayandırmağın yeganə yolu quru qüvvələridir

23 İyul 2026 18:26 (UTC+04:00)

...ABŞ və İran arasında Hörmüz boğazı və Tehranın nüvə proqramı ilə bağlı qarşıdurma yeni bir mərhələyə qədəm qoyur.

SİA-nın əldə etdiyi məlumata görə, 19FortyFive xəbər verir ki, İranın güzəşt etməkdən imtina etməsi fonunda amerikalı ekspertlər gəmiçiliyə hücumların qarşısını almaq üçün quru əməliyyatı ehtimalını müzakirə edirlər.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehranın təzyiq altında güzəşt etmək niyyəti yoxdur və Hörmüz boğazını açmaq üçün heç bir səbəb görmür.

...Düşmən qeyd-şərtsiz təslim olmağı tələb etməklə başladı, amma sonda hər iki tərəf supergüclər kimi davranmağa başladı, - deyə o bildirib.

Vaşinqton Fars körfəzindəki strateji adaları, o cümlədən Xarq, Qeşmi və İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətində olan adaları ələ keçirməyi nəzərdən keçirə bilər.

Bu ərazilər neft ixracı, pilotsuz təyyarə bazaları və gəmiçiliyə sürətli hücum imkanları səbəbindən vacibdir.

Lakin İrana tammiqyaslı hücum olduqca çətin bir ssenari hesab olunur. Ölkə İraqdan təxminən dörd dəfə böyükdür və sərt, dağlıq əraziyə malikdir. Daha real bir seçim əsas limanları və adaları nəzarətdə saxlamaq üçün məhdud bir əməliyyat hesab olunur.

Amerika qoşunlarının İran torpağında olması ciddi siyasi risklər daşıyır. İctimaiyyətin reaksiyası əməliyyatın məqsədlərindən asılı ola bilər: keçmişdə iranlılar ərazini ələ keçirmək cəhdlərinə müqavimət göstərsələr də, həmişə xarici hərbi mövcudluğu işğal kimi qəbul etməyiblər.

İsrailin iştirakı ayrı bir problem yarada bilər.

Analitiklərin fikrincə, İsrail qüvvələrinin İran torpağında olması millətçi əhval-ruhiyyəni gücləndirə və Tehrana güclü təbliğat vasitəsi təmin edə bilər.

Müəlliflər ABŞ prezidenti Donald Trampın neft və resurslara nəzarətlə bağlı açıqlamalarının adi iranlıların ABŞ-a münasibətini dəyişdirə biləcəyi barədə xəbərdarlıq edərək, “Müharibə dövründə ritorika hərbi zərbələr qədər dəqiq olmalıdır” deyə iddia edirlər.

Ekspertlər qeyd edirlər ki, İran naviqasiya azadlığına və ABŞ müttəfiqlərinə təhdid etməyə davam edərsə, Vaşinqton mövcud təzyiqi saxlamaqla daha riskli hərəkətlər etmək arasında seçim etməli olacaq.

Əli Babayev

Media: İranı dənizdə dayandırmağın yeganə yolu quru qüvvələridir

Fars körfəzindəki münaqişə hava hücumlarından qoşunların desant çıxarılması ilə nəticələnə bilər...