Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

23 İyul 2026 14:46 (UTC+04:00)

Sabah Biləsuvar rayonunun 7 kəndinin qaz təchizatında fasilə olacaq.

SİA-nın məlumatına görə, iyulun 24-də saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar rayonun Əsgərəbad, Aşağı Cürəli, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.