Agentlik: Əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib

23 İyul 2026 13:03 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin birinci yarımilində əlilliyi olan 70 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

Bu barədə SİA-ya agentlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 36,6 mininə ambulator, 17,2 mininə stasionar və icmaəsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.

Reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir.

Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icmaəsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.