Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb

23 İyul 2026 11:31 (UTC+04:00)

Respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşıb.

SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Belə ki, iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə bölgələr üzrə iyul ayının pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.