Türkiyədə meşə yanğınları yenidən tüğyan edir...

23 İyul 2026 03:05 (UTC+04:00)

Türkiyədə davam edən yüksək hava temperaturu ölkə üzrə meşə yanğınlarının artmasına səbəb olub. Son olaraq ölkənin dörd vilayətdə meşə yanğını baş verib. Onlardan üçü söndürülüb, hazırda soyutma işləri aparılır. Muğla vilayətinin Fethiye rayonunda isə alovlarla mübarizə davam edir. Yanğına havadan 14 helikopter və 5 təyyarə, qurudan isə 21 yanğınsöndürən maşın (arazöz), 9 su tankeri, 3 buldozer və 200 nəfərdən ibarət briqadalarla müdaxilə edilir.

Mətləb