Mikayıl Cabbarov çexiyalı şirkət rəhbəri ilə görüşüb

22 İyul 2026 23:19 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çex Respublikasının aqrar-sənaye sahəsində fəaliyyət göstərən "Agrofert" Şirkətlər Qrupunun Direktorlar Şurasının sədr müavini Peter Singr ilə görüşüb. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüşdə "Agrofert" Şirkətlər Qrupu ilə aqrar-sənaye, kimya sənayesi və enerji sektorlarında əməkdaşlıq imkanları nəzərdən keçirilib. Görüşdə həmçinin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərinə uyğun olaraq biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və işgüzar əlaqələrin təşviqi məsələləri müzakirə olunub.

Azərbaycanın əlverişli biznes və investisiya mühiti, qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar və sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib. Tərəflər aqrar-sənaye, kimya sənayesi və enerji sektorlarında əməkdaşlıq imkanlarını, eləcə də investisiya layihələri üzrə birgə fəaliyyət imkanlar dəyərləndirilib.

Mətləb