Yunanıstandan tələb edirlər - "Rusiyaya qarşı sanksiyalara razı ol"

22 İyul 2026 22:34 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyanın maliyyə sektoruna təzyiqi artırmağa yönəlmiş 21-ci sanksiyalar paketini razılaşdırmaq üçün Yunanıstanla kompromis əldə etməyə çalışıblar. Bu barədə Avropa diplomatlarına istinadən "Reuters" məlumat yayıb.

Onların sözlərinə görə, yeni paket təxminən Rusiyanın 90 bankı daxil olmaqla, 215 fiziki və 94 hüquqi şəxsə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Onun qəbul ediləcəyi təqdirdə beynəlxalq əlaqələri olan Rusiya kredit təşkilatlarının yarısından çoxu məhdudiyyətlərə məruz qalacaq.

Sanksiya paketinin razılaşdırılması üçün əsas maneə Yunanıstanın mövqeyi olub. Afina Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə daşınmasına qoyulan məhdudiyyətlərin yumşaldılmasını tələb edir.

Mətləb