Sergey Lavrov Marko Rubio ilə görüşəcək

22 İyul 2026 19:12 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 23-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Marko Rubio ilə görüşəcəyini bildirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, o, bunu Filippində ASEAN xətti ilə keçirilən tədbirlərdən sonra deyib.

“Görüş artıq razılaşdırılıb. Dünən qəbulda Marko Rubio ilə qısa vaxt ərzində ünsiyyət qura bildik və görüşün sabah günün birinci yarısında keçiriləcəyini təsdiqlədik. Ümid edirəm ki, təəssüratlarımız barədə sizi hər hansı bir şəkildə məlumatlandırmaq imkanımız olacaq”, - deyə S.Lavrov vurğulayıb.