Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.