Bank kreditlərinin faizləri aşağı düşür? - EKSPERT AÇIQLADI

22 İyul 2026 17:20 (UTC+04:00)

Azərbaycanda bank kreditlərinin faiz dərəcələrinin ilin sonuna qədər aşağı düşəcəyi ilə bağlı zaman-zaman müxtəlif gözləntilər səsləndirilir. Bəs mövcud iqtisadi şəraitdə belə bir addımın atılması nə dərəcədə real görünür?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov SİA-ya açıqolamasında bildirib ki, ilin sonuna qədər kredit faizlərinin aşağı salınması ehtimalı olduqca zəifdir:

"Hazırkı şəraitdə problemli kreditlərin həcminin artması müşahidə olunur və bu, bankların kredit siyasətinə birbaşa təsir edir. Belə ehtimal çox aşağıdır. Problemli kreditlər artır, kredit riski yüksəlir. Kreditlərin geri qaytarılmasında problemlərin yaranması ehtimalı var. Bu səbəbdən bankların kredit faizlərini aşağı salacağını düşünmürəm. Kredit risklərinin yüksəlməsi bankları daha ehtiyatlı davranmağa məcbur edir. Bu da faiz dərəcələrinin endirilməsi üçün əlverişli şərait yaratmır. Nəticə etibarilə, mövcud iqtisadi vəziyyətdə kredit faizlərinin ilin sonuna qədər aşağı salınması real görünmür".