Azərbaycan üzgüçüləri iyulda 60 medal qazanıblar

22 İyul 2026 15:20 (UTC+04:00)

Azərbaycan üzgüçülərinin iyul ayında qazandıqları medalların sayı açıqlanıb.

Bu barədə SİA-ya Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.

Ölkə təmsilçiləri cari ayda 60 mükafata sahib çıxıblar.

Onlardan 55-i Gürcüstanın Kutaisi şəhərində təşkil olunmuş beynəlxalq turnirə təsadüf edir.