İtaliyanın Salerno şəhərində keçirilən Avropa Universitet Oyunlarında Azərbaycan İdman Akademiyasının komandası 1/4 final mərhələsinə yüksəlib.
SİA xəbər verir ki, kollektiv qrup mərhələsində Norveç təmsilçisini 4:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə həyata keçirilir.