Ermənistanda daha bir əsgər ölümü baş verib

22 İyul 2026 00:20 (UTC+04:00)

Ermənistanda daha bir əsgər ölümü faktı qeydə alınıb. "Sputnik Ermənistan" saytında yer alan məlumata görə, bu barədə Ermənistan İstintaq Komitəsi erməni hərbi qulluqçu N.T.-nin ölümü barədə məlumat yayıb. Bildirilir ki, hadisə ilə bağlı cinayət işi qaldırılıb, istintaq hərəkətləri aparılır.

Hərbçinin ölümü barədə başqa təfərrüat yoxdur. Ermənistan Müdafiə Nazirliyindən hələlik heç bir məlumat verilməyib.

Mətləb