Türkiyədə 32 qanunsuz miqrant saxlanılıb - AÇIQLAMA

22 İyul 2026 03:04 (UTC+04:00)

Türkiyənin İzmir vilayətinin Seferihisar rayonu sahillərində 32 qeyri-qanuni miqrant saxlanılıb. Bu barədə ölkənin Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb. Məlumata görə, sahil mühafizəsinin əməkdaşları qeyri-qanuni miqrantların olduğu qayığı saxlayıblar.

"Qayıqda olan 32 nəfər qeyri-qanuni miqrant saxlanılıb. Onlar Miqrasiya İdarəsinə göndəriliblər".

Mətləb