İkiqat Olimpiya çempionu 50 yaşında öldü...

22 İyul 2026 01:21 (UTC+04:00)

Avarçəkmə üzrə ikiqat Olimpiya çempionu, norveçli Olof Tufte 50 yaşında vəfat edib. SİA-nın məlumatına görə, bu barədə Beynəlxalq Avarçəkmə Federasiyasının mətbuat xidməti məlumat yayıb. Onun ölüm səbəbi açıqlanmayıb. Tufte təkadamlıq qayıqla yarışlarda iki dəfə Olimpiya çempionu olub. İkinəfərlik qayıqlarda isə Olimpiya oyunlarında gümüş və bürünc medal qazanıb.

Norveçli idmançı dünya çempionatlarında da iki qızıl, bir gümüş və üç bürünc medal əldə edib.
Mətləb