Sabah Bakının bu rayonu qazsız qalacaq - XƏBƏRDARLIQ

21 İyul 2026 23:19 (UTC+04:00)

Sabah Bakının Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək. SİA xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

"Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 08:00-dan işlər başa çatanadək Qaradağ rayonunun Səngəçal, Umbakı və Əzimkənd qəsəbələrinin, Yol evləri və Bağ evləri yaşayış massivlərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Mətləb