UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Sabah” və Finlandiyanın KuPS komandaları arasında ilk oyun başlayıb.
SİA xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən qarşılaşma saat 20:00-da start götürüb. Matçı polşalı FIFA referisi Lukaş Kuzma idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.