İyulun 17-də Qarabağ suvarma kanalının Bərdə rayonundan keçən hissəsində batan 1967-ci il təvəllüdlü Rəsul İbiş oğlu Bünnətovun meyiti tapılıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən təxminən 40 kilometr aralıda, Qarabağ kanalının Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.