Azərbaycanda keçiriləcək güləş üzrə U-17 dünya çempionatı çərçivəsində Bakıya bu idman növünün tanınmış simaları təşrif buyuracaq.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Azərbaycan Güləş Federasiyasından bildirilib ki, fəxri qonaqlar arasında sərbəst güləş üzrə Olimpiya çempionu, üçqat dünya və onbirqat Avropa çempionu, hazırda Türkiyə Güləş Federasiyasının prezidenti olan Taha Akgül, eləcə də Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç də yer alacaqlar.
Qeyd edək ki, dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.