Azərbaycan mediasında tanınmış imzalardan sayılan Məhəmmədəli Qəriblinin tale budağında 50-ci yarpaq da pöhrə verdi. Yubileyi münasibəti ilə hörmətli həmkarımızı biz də təbrik etmək qərarına gəldik. M.Qəribli həm jurnalist, həm də çalışdığı “Veysəloğlu” Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələrinin qurulmasına məsul şəxs kimi media təmsilçiləri arasında hörmətlə qarşılanan birisidir.
Onu tanıyanlar M.Qəriblini dürüst, peşəkar mətbuat xidməti rəhbəri, istedadlı jurnalist, qayğıkeş həmkar və dost kimi səciyyələndirirlər. 1997-ci ildən media sahəsində çalışan yubilyar ölkənin bir çox nüfuzlu media qurumlarında jurnalist, redaktor, baş redaktor kimi fəaliyyət göstərib. Çoxsaylı məqalə, analitik yazı və araşdırmanın müəllifidir. Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunub.
Biz də SƏS Media Qrup olaraq hörmətli həmkarımızı ürəkdən təbrik edir, uzun ömür, can sağlığı, şərəfli peşəsində yeni-yeni uğurlar arzulayırıq.