Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib

20 İyul 2026 21:24 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də, axşam radələrində Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Berlin şəhərinin Brandenburq “Willy Brandt” Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini rəsmi şəxslər qarşıladılar.