"Son dərəcə ciddi hədə-qorxu..." - Fransız nazirdən İrana sərt İTTİHAM

20 İyul 2026 22:05 (UTC+04:00)

İki fransız diplomat İran təhlükəsizlik qüvvələri tərəfindən "son dərəcə ciddi hədə-qorxu aktına" məruz qalıb. Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

Nazirin sözlərinə görə, bir gün əvvəl fransız diplomatlar əsassız olaraq bir neçə saat saxlanılıb və dindiriliblər: "İran hüquq-mühafizə orqanlarının əməkdaşları onlara qarşı kobud rəftar edib, diplomatlardan biri hətta fiziki zorakılığa məruz qalıb. Dindirmədən sonra onlar Fransa səfirliyinə qayıdıblar". Barro insidenti "diplomatik toxunulmazlığın kobud şəkildə pozulması" adlandırıb.

Mətləb