Xalq artisti: “Zəfərnamə” müsabiqəsi bu il də təşkil olunacaq

20 İyul 2026 20:03 (UTC+04:00)

Azərbaycan Teatr Xadimləri İttifaqı yay fasiləsindən sonra yaradıcı layihələrini davam etdirəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında ittifaqın sədri, Xalq artisti Hacı İsmayılov bildirib.

Onun sözlərinə görə, bu tədbirlərdən biri 44 günlük Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunmuş “Zəfərnamə” ənənəvi bədii qiraət müsabiqəsi olacaq.“Biz bunu hər il keçiririk. Müsabiqədə ölkənin hər yerindən teatr nümayəndələri iştirak edirlər. İştirakçılara fəxri fərmanlar və diplomlar verilir”, - deyə Hacı İsmayılov vurğulayıb.