"Zirə" yamaykalı futbolçu Dameyn Smitin keçidini açıqlayıb

20 İyul 2026 15:13 (UTC+04:00)

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Bu barədə SİA-ya klubdan məlumat verilib.

Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Dameyn Smiti heyətinə qatıb. Yamaykadan olan vingerlə 5 illik müqavilə bağlanıb.

Qeyd edək ki, 20 yaşlı futbolçu daha əvvəl ölkəsinin "Rasinq Yunayted" və Birləşmiş Ərəb Əmirliklərinin "Nova Star" klublarında çıxış edib.