Cəlilabad rayonunda 8 yaşlı uşağın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili 2018-ci il təvəllüdlü S.Mustafayevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Mətləb.