Bu ölkədə ebola qurbanlarının sayı 900 nəfərə yaxınlaşır..

19 İyul 2026 23:29 (UTC+04:00)

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına təsdiqlənmiş yoluxma halları 2 267-yə yüksəlib, onlardan 893-ü ölümlə nəticələnib.

"Reuters" agentliyinin məlumatına görə, bu rəqəmlər ölkə hökumətinin vəziyyətlə bağlı son hesabatında yer alıb.

KDR-də xəstəliyin alovlanması may ayında başlayıb. Səlahiyyətli orqanların məlumatına görə, söhbət "Bundibuqio" ştamından gedir ki, onun üçün hələlik nə vaksin, nə də xüsusi müalicə üsulu hazırlanıb.

Həkimlər və hökumət orqanları infeksiyanın yayılmasını izləməkdə və onun qarşısının alınması üçün tədbirlər görməkdə davam edirlər.

Mətləb