Sabah Bakının bu ərazilərində qaz olmayacaq -XƏBƏRDARLIQ

19 İyul 2026 22:18 (UTC+04:00)

Sabah Bakının Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək. SİA xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək rayonun Ələt qəsəbəsinin, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Mətləb