Bakıda nərd turniri keçiriləcək

19 İyul 2026 23:18 (UTC+04:00)

Bakıda həvəskar kişilər və qadınlar arasında nərd turniri keçiriləcək. SİA xəbər verir ki, yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü münasibətilə təşkil olunacaq.

Turnir 24 iyul 2026-cı il saat 11:00-da İçərişəhərdə, “Qız qalası” abidəsinin ətrafındakı açıq məkanda keçiriləcək.

Qaliblər diplom və medallarla təltif olunacaqlar.

Mətləb