Suriyanın Xarici İşlər və Qürbətdə Yaşayan Suriyalılar Nazirliyi İranın Küveyt, Oman, Bəhreyn, İordaniya və İraqın şimalına yönəlmiş hücumlarını pisləyib. Nazirlik bu barədə bəyanat yayıb.
Bəyanatda bildirilir ki, İranın PUA və raketlərdən istifadə etməklə adıçəkilən ölkələrin ərazilərinə həyata keçirdiyi hücumlar dövlətlərin suverenliyinin açıq şəkildə pozulması, onların təhlükəsizliyi və sabitliyinə birbaşa təhdid kimi qiymətləndirilir. Bu hücumlar eyni zamanda beynəlxalq hüququn normalarına və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müddəalarına da ziddir.
Nazirlik Suriyanın sözügedən hücumlarla bağlı qardaş ölkələrlə tam həmrəylik nümayiş etdirdiyini vurğulayaraq, regionun təhlükəsizliyi və sabitliyini pozmağa yönəlmiş istənilən cəhdi rədd etdiyini qeyd edib.
Mətləb