Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

18 İyul 2026 18:34 (UTC+04:00)

İyulun 19-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti məlum olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zağulbada 24-25, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.