Gəncədə çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

18 İyul 2026 17:46 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində vətəndaşın Gəncə çayına yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Qoşqar Arif oğlu Şirinov ehtiyatsızlıqdan çay dərəsinə yıxılıb, bədən xəsarəti alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı çay dərəsindən çıxararaq xilas ediblər və onu təcili tibbi yardım briqadasına təhvil veriblər.