Rusiya yarım milyon insanı səfərbər etməyə hazırlaşır...

18 İyul 2026 18:27 (UTC+04:00)

...Rusiya Federasiyası payıza qədər 500.000 əsgər səfərbər etməyə hazırlaşır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bunu öz Telegram kanalında yazıb.

O qeyd edib ki, bu qoşunların bəzilərinin ilk iki həftə ərzində "şərqdəki boşluqları doldurmaq" üçün yerləşdirilməsi planlaşdırılır, qalanları isə potensial olaraq yeni bir cəbhə xətti açmaq üçün bir ay təlim keçəcəklər.

Kovalenko əlavə edib ki, "Bu, Rusiya Federasiyasının planıdır".

Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri payız və qışın çox gərgin olacağını və "insanları, dronları, KAB-ları və digər məhvetmə vasitələrini əhatə edəcək çox çətin piyada döyüşlərinə dözməli olacağımızı" vurğulayıb.

…Kiriyenko və Gerasimov Putinə bunun bizi məğlub etməyə kömək edəcəyinə əminlik veriblər. Əminəm ki, onlar səhv edirlər. Hazırda hamımızın birliyə və effektivliyə ehtiyacı var, - deyə o vurğulayıb.

Əli Babayev