Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) "Təməl dalğıc kursu"nun buraxılış mərasimi keçirilib.
SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Buraxılış mərasimində çıxış edənlər bu cür kursların keçirilməsinin şəxsi heyətin ixtisas və döyüş hazırlığının artırılmasına mühüm töhfə verdiyini diqqətə çatdırıblar.
Qeyd edilib ki, kurs müddətində iştirakçılar nəzəri biliklərlə yanaşı, sualtı texniki işlər, axtarış, batmış obyektin su üzərinə qaldırılması, gəmi altına baxış və digər praktiki dalğıc bacarıqlarını əldə ediblər.
Sonda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.