Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

18 İyul 2026 10:10 (UTC+04:00)

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.