Görkəmli heykəltaraş Ömər Eldarovun vəziyyəti pisləşib. Mətbuatda yer alan məlumata görə, 99 yaşlı xalq rəssamı, akademik Ömər Eldarovun Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi bildirilib. Xalq rəssamının köməkçisi isə APA-ya bildirib ki, isti hava şəraiti Ömər Eldarovun səhhətinə mənfi təsir göstərib. O, xəstəxanada tibbi müayinədən keçdikdən sonra evə buraxılıb.
Mətləb