Şuşa şəhəri növbəti Vaqif Poeziya Günlərinə ev sahibliyi edir

17 İyul 2026 18:25 (UTC+04:00)

İyulun 17-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə növbəti Vaqif Poeziya Günləri start götürüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Sözün hekayəsi” şüarı ilə reallaşan tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət naziri Adil Kərimli, tanınmış elm və mədəniyyət xadimləri iştirak edirlər.