...Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu Belarus Pravoslav Kilsəsinin rəsmi adında dəyişiklikləri təsdiqlədi. İndi "Belarus Pravoslav Kilsəsi (Moskva Patriarxlığının Belarus Eksarxatı)" tam adı hüquqi sənədlərdə, rəsmi veb saytında və digər rəsmi materiallarda istifadə olunmalıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bu qərar Belarus Eksarxatlığının Müqəddəs Sinodu 30 iyun 2026-cı ildə "Belarus Pravoslav Kilsəsi" respublika birliyinin nizamnaməsinə dəyişiklikləri təsdiqlədikdən sonra qəbul edildi.
Bu dəyişikliklər Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu tərəfindən təsdiqləndi.
Rus Pravoslav Kilsəsi qeyd etdi ki, Moskva Patriarxlığının rəsmi adda qeyd edilməsi tələbi Müqəddəs Sinodun 24 iyul 2025-ci il tarixli qərarı ilə müəyyən edilmişdir.
Bu qərara əsasən, bu tələb bütün hüquqi adlara, rəsmi internet resurslarına, sənədlərə, eləcə də Belarus Pravoslav Kilsəsinin daxili kanonik strukturlarının adlarına şamil edilir.
Belarus Ekzarxatı 1989-cu ildə yaradılıb. 2024-cü ilin sentyabr ayında Belarus Pravoslav Kilsəsinin respublika birliyi yenidən dövlət qeydiyyatından keçib.
Əli Babayev