“SPF kremlər mütləq şəkildə düzgün seçilməlidir. Əsasda bu, yay dövründə. Ona görə bildiyiniz kimi, dəri xərçənginin, dərinin tez qocalmasının əsas səbəbləri günəş şüalarıdır". Bu sözləri SİA-ya açıqlamasında həkim dermatoloq Vaqif Abdullayev bildirib.
Onun sözlərinə görə, bir tərəfdən günəş şüası bizə lazımdır sağlamlıq üçün orqanizmdə vitamin D-nin istehsalı üçün, amma digər tərəfdən də həddindən artıq ifrad dərəcədə günün altında çox olduqda gün şüaları artıq dərimizi başlayır zədələməyə:
"Bunu rus dilində fotostareni (Фотостарение), fotoqocalma və dəridə dəri törəmələrinin, dəri xərçənginin əmələgəlmə risklərini artırır günəş şüaları. Ona görə mütləq şəkildə SPF kremlərdən istifadə etmək lazımdır. Təbii ki, burada birinci tanınmış istehsalçılardan, istehsalçıları olan fabriklər olan SPF kremlər istifadə olunmalıdır, brendlər istifadə olunmalıdır. – Nəyə görə? Onlar istehsal etdiyi bu SPF kremlərinin tərkibinə diqqət edirlər. Onun tərkibində ziyanlı maddələr olmasın, düzgün tərkib olsun və SPF faktoru 30-50 olan faktorlara onlar riayət edirlər.
Tanınmayan ucuz keyfiyyətsiz SPF-lər qəti tövsiyə olunmur. Orada SPF faktoru düzgün olmaya bilər, insan çəkib yana bilər və s. nüanslar ola bilər və təbii ki, dəri tipimizə uyğun SPF-lər seçilməlidir.
Məsələn, problemli dəri üçün, yağlı problemli dəri üçün, sızanağa meyilli dəri üçün Bioderma şirkətinin AKN Mat SPF-i var, hansı ki bu, dəridə olan məsamələri bu SPF doldurmur və dəri səthində qalır və dəridə bu komedonlu dəridən problemlərin artmasına səbəb olmur. Yaxud çox quru dəridirsə, hidratlı, nəmləndirici tərkibli olan SPF-lər istifadə olunur. Təbii ki, burada önəmli bir faktor var. Üz üçün olan və bədən üçün olan SPF-lərin teksturası da fərqli olur və üz üçün onların bədənə istifadə etmək və yaxud bədən üçün olan SPF-ləri üz üçün olmaz istifadə etmək. Tövsiyəmiz budur ki, isti, günəşli zamanda SPF-lərdən mütləq şəkildə istifadə etsinlər".
Lətifə Musayeva